Neftçalada yanan ev söndürüldükdən sonra kişi meyiti aşkarlanıb.
“Report”un Aran bürosunun məlumatına görə, hadisə bu gün gecə saatlarında Bankə qəsəbəsində qeydə alınıb.
İlkin məlumata görə, qəsəbədə fərdi yaşayış evlərin birində yanğın başlayıb. Hadisə yerinə cəlb olunan FHN-in Neftçala Yanğından Mühafizə Hissəsi tərəfindən yanğın söndürülüb və digər tikililərə keçməsinin qarşısı alınıb.
Evə baxış zamanı yanmış kişi meyiti aşkarlanıb. Meyit müayinə olunması üçün məhkəmə tibbi-ekspertizaya göndərilib.
Meyitin 1960-cı il təvəllüdlü Xanməmmədov Məhəmməd Böyükağa oğluna məxsus olduğu məlum olub.
Faktla bağlı araşdırma aparılır.