Neftçalada sərxoş sürücü qəza törədib, ağır xəsarət alıb

Neftçalada sərxoş sürücü qəza törədib, ağır xəsarət alıb Neftçalada xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş veirb.
Hadisə
8 Dekabr , 2021 22:25
Neftçalada sərxoş sürücü qəza törədib, ağır xəsarət alıb

Neftçalada xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş veirb.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə bu gün axşam saatlarında rayonun 6-cı məhəlləsində (Qoltuq) qeydə alınıb.

İlkin məlumata görə, məhəllə sakini, 1972-ci il təvəllüdlü Muradov Fəhmin Oruc oğlu sərxoş halda motosikleti idarə edərkən yolun kənarındakı divara çırpıb.

Qəza nəticəsində sürücü müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb. O, Neftçala Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi