Nərimanovda kafedəki yanğın söndürülüb -YENİLƏNİB

Nərimanovda kafedəki yanğın söndürülüb -YENİLƏNİB Bakının Nərimanov rayonun kafe yanır.
Hadisə
28 İyun , 2024 15:13
Nərimanovda kafedəki yanğın söndürülüb -YENİLƏNİB

Bakı şəhərinin Nərimanov rayonunun Atatürk prospektində kafedə baş verən yanğın söndürülüb.

Bu barədə “Report”a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, baş vermiş yanğın FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

14:50

Bakının Nərimanov rayonunda kafe yanır.

Fövqəladə Hallar Nazirliyindən (FHN) “Report”a verilən məlumata görə, nazirliyin “112” qaynar telefon xəttinə Nərimanov rayonu Atatürk prospektində kafedə yanğın olması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın söndürənləri əraziyə cəlb olunub.

Hazırda yanğın söndürmə işləri davam etdirilir.

Son xəbərlər

Orphus sistemi