Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un məlumatına görə, hadisə Nəsimi rayonunda qeydə alınıb.
İki avtomobilin toqquşması zamanı sürücülərdən biri - 1993-cü il təvəllüdlü Əzizov Anar Azər oğlu xəsarət alıb. Yaralı xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.
Faktla bağlı araşdırma aparılır.