“Vətəndaş səhhəti ilə əlaqədar notariat ofisinə gedə bilmirsə ona olduğu yerdə xidmət göstərilir”.
“Report” xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyinin onlayn müzakirəsi zamanı Notariat və Qeydiyyat İdarəsinin baş məsləhətçisi Zaur Həsənov deyib.
O bildirib ki, notariat ofisləri zəruri avadanlıqlarla təchiz edilmiş “notariat çantaları” ilə təmin olunub:
“Bu çantaların elektron informasiya sisteminə birbaşa çıxışı imkanı var. Əvvəlcədən bildiriş verən şəxslərə notariatdan kənar xidmət göstərilir”.