Ödənişli yolda qəza baş verib, xəsarət alanlar var

Ödənişli yolda qəza baş verib, xəsarət alanlar var Bakı-Quba-Rusiya ilə dövlət sərhədi ödənişli yolunun Xaçmazdan keçən hissəsində xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
Hadisə
22 Aprel , 2024 22:12
Ödənişli yolda qəza baş verib, xəsarət alanlar var

Bakı-Quba-Rusiya ilə dövlət sərhədi ödənişli yolunun Xaçmazdan keçən hissəsində xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Report"un Şimal bürosu xəbər verir ki, "KİA" markalı avtomobil ödənişli yolda idarəetmədən çıxaraq yolun kənarına aşaraq ağaca çırpılıb.

Hadisə zamanı minik avtomobilində olan 7 nəfərdən 6 nəfəri, - Rusiya vətəndaşları - 1961-ci il təvəllüdlü Makiyev Aleksey Fedroviç, 1977-cil təvəllüdlu Makiyeva Elena Nikolayevna, 2007-ci il təvəllüdlü Mark Denis Nikolayviç, 2001-ci il təvəlludlü Milena Denis Nikolayevna və Göyçay sakinləri, 1972-ci il təvəllüdlü Humay Xəlilova və 1993-cü il təvəllüdlü Gülnar Məmmədova yaralanıblar.

Yaralılar təcili tibbi yardım briqadalarının köməkliyi ilə xəstəxanaya çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi