Oğuzda hoteldə qəfildən ölmüş şəxs Turizm Agentliyi sədrinin müşaviri olub - YENİLƏNİB - FOTO

Oğuzda hoteldə qəfildən ölmüş şəxs Turizm Agentliyi sədrinin müşaviri olub - YENİLƏNİB - FOTO Oğuzda yerləşən hoteldə ölüm hadisəsi baş verib.
Hadisə
27 İyun , 2023 10:51
Oğuzda hoteldə qəfildən ölmüş şəxs Turizm Agentliyi sədrinin müşaviri olub - YENİLƏNİB - FOTO
Sübhan Quliyev

Oğuzda hoteldə həkim tərəfindən tibbi yardım göstərildikdən bir neçə saat sonra ölmüş Sübhan Quliyev Dövlət Turizm Agentliyinin (DTA) sədrinin müşaviri olub.

Bu barədə “Report” DTA-dan məlumat əldə edib.

Məlumata görə, hazırda hadisənin səbəbləri araşdırılır.

Qeyd edək ki, ilkin məlumata görə, S.Quliyev ürəktutmadan vəfat edib.

09:42

Oğuz rayonunda hoteldə ölüm hadisəsi baş verib.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə şəhər ərazisində yerləşən "Səma" hotelində qeydə alınıb.

Belə ki, Bakı şəhəri Yasamal rayon sakini 1966-cı il təvəllüdlü Quliyev Sübhan Ağakişi oğlu bu gün səhər hoteldə ürəktutmasdan vəfat edib.

Məlumata görə, 57 yaşlı S.Quliyev Bakıdan Oğuza toy şənliyində iştirak etmək üçün gəlib.

Toydan çıxıb hotelə dönüb, burada özünü pis hiss edib. Gecə saatlarında ona Təcili Tibbi Yardım çağırılaraq iynə də vurulub. Bir neçə saat sonra - bu gün səhər hotel əməkdaşları onu otağında ölmüş vəziyyətdə aşkar ediblər.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi