Oğuzda 3 avtomobil toqquşub, biri kanala aşıb

Oğuzda 3 avtomobil toqquşub, biri kanala aşıb Oğuz rayonunda 3 avtomobil toqquşub.
Hadisə
12 İyul , 2023 11:36
Oğuzda 3 avtomobil toqquşub, biri kanala aşıb

Oğuz rayonunda 3 avtomobil toqquşub.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun rayonun Kərimli kəndindən keçən hissəsində baş verib.

Belə ki, hərəkətdə olan "VAZ-2107" markalı avtomobil idarəetməni itirərək "Chevrolet Cruze" markalı avtomobillə toqquşub, daha sonra kalana aşıb. Həmin vaxt arxadan gələn "Hyundai Tucson" markalı avtomobil idarəetmədən çıxaraq ağaca çırpılıb. Nəticədə "Hyundai"ın sürücüsü ağır xəsarətlərlə Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi