Oğuzda apteklərdə və geyim mağazasında yanğın baş verib

Oğuzda apteklərdə və geyim mağazasında yanğın baş verib Oğuz rayonunda apteklərin və geyim mağazasının olduğu obyekt yanıb.
Hadisə
9 İyul , 2024 07:39
Oğuzda apteklərdə və geyim mağazasında yanğın baş verib

Oğuz rayonunda apteklərdə və geyim mağazasında yanğın olub.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə səhər saatlarında, Kərimli kəndində qeydə alınıb.

Belə ki, aptek, baytarlıq apteki və geyim mağazasının da daxil olduğu ümumi sahəsi 170 m² olan obyektdə yanğın zamanı aptek və içərisindəki dərman preparatlarının böyük hissəsi yanıb. Geyim mağazası və baytarlıq aptekinin tavan hissəsinə də ziyan dəyib.

Əraziyə FHN-in Oğuz Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən texnikası və şəxsi heyəti cəlb olunub və yanğın söndürülüb.

Hadisə zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi