Oğuzda sərnişin mikroavtobusu yanıb

Oğuzda sərnişin mikroavtobusu yanıb Oğuz rayonunda mikroavtobus yanıb. "Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə şəhər ərazisində baş verib. Belə ki, Etibar Nurəddin oğlu Şükürova məxsus 1 saylı şəhərdaxili marşrut avtobusu hərəkətdə olarkən anidən alışıb. Yanğının söndü
Hadisə
15 İyul , 2022 17:01
Oğuzda sərnişin mikroavtobusu yanıb

Oğuz rayonunda mikroavtobus yanıb.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə şəhər ərazisində baş verib.

Belə ki, Etibar Nurəddin oğlu Şükürova məxsus 1 saylı şəhərdaxili marşrut avtobusu hərəkətdə olarkən anidən alışıb. Yanğının söndürülməsi üçün hadisə yerinə Oğuz Yanğından Mühafizə Hissəsinin texnika və şəxsi heyəti cəlb olunub.

Yanğın nəticəsində marşrut avtobusu tamamilə yanıb. Yanğın zamanı mikroavtobusda sərnişin olmayıb. Sürücü isə yanğından xilas ola bilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi