Oğuz rayonunda suqızdırıcının partlaması nəticəsində 28 yaşlı qadın xəsarət alıb.
"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə rayonun Kərimli kəndində baş verib.
Kənd sakini, 1993-cü il təvəllüdlü Püstəxanım İsrayıl qızı Zakirova evdə olan suqızdırıcının partlaması nəticəsində üz nahiyəsindən ağır xəsarətlər alıb.
Yanıq xəsarətləri alan qadın Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Faktla bağlı araşdırma aparılır.