"Ombudsman Aparatının əməkdaşları Azərbaycanda məhkum olunan erməni hərbçilərə baş çəkib".
Bunu "Report"a açıqlamasında Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva deyib.
O bildirib ki, erməni məhkumların saxlanma şəraiti, tibbi yardımla təmin olunmaları və digər məsələlər diqqətdə saxlanılır: "Ombudsman Aparatının əməkdaşları onlara baş çəkib, heç bir şikayətləri yoxdur".