Həftəsonu toylara görə 13 nəfər cərimələnib, 189 nəfər şənliyə buraxılmayıb

Həftəsonu toylara görə 13 nəfər cərimələnib, 189 nəfər şənliyə buraxılmayıb Ötən gün toylara görə 13 nəfər cərimələnib, 189 nəfər şənliyə buraxılmayıb.
Hadisə
14 Fevral , 2022 09:00
Həftəsonu toylara görə 13 nəfər cərimələnib, 189 nəfər şənliyə buraxılmayıb

Həftəsonu toylara görə 13 nəfər cərimələnib, 189 nəfər şənliyə buraxılmayıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Fevralın 12-13-də DİN-in, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 741 toy şənliyinin monitorinqini həyata keçirib.

Monitorinq 728 şadlıq sarayında, 13 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə 13 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub.

Həmçinin 189 nəfər COVID-19 pasportu olmadığına görə şənliyə buraxılmayıb.

Son xəbərlər

Orphus sistemi