Ötən il Azərbaycan İnterpolun Milli Mərkəzi Bürosu vasitəsilə 57 şəxsi beynəlxalq axtarışa verib.
"Report"un əldə etdiyi məlumata görə, 2021-ci ildə bu təşkilata üzv ölkələr tərəfindən axtarılan 46 nəfərin yeri müəyyən olunub.
Xatırladaq ki, təqsirləndirilən şəxslərin axtarışının nəticələri 2,3% yaxşılaşaraq 82,9% təşkil edib.