Ötən il Azərbaycanda 31 131 cinayət qeydə alınıb

Ötən il Azərbaycanda 31 131 cinayət qeydə alınıb 2021-ci ildə əməliyyat-axtarış və istintaq fəaliyyətinin subyekti olan dövlət qurumları üzrə 31 131 cinayət qeydə alınıb.
Hadisə
18 Yanvar , 2022 17:58
Ötən il Azərbaycanda 31 131 cinayət qeydə alınıb

2021-ci ildə əməliyyat-axtarış və istintaq fəaliyyətinin subyekti olan dövlət qurumları üzrə 31 131 cinayət qeydə alınıb.

"Report"un xəbərinə görə, bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov kollegiya iclasında deyib.

O bildirib ki, onlardan 94,2 faizi daxili işlər və prokurorluq orqanlarının prosessual qaydada araşdırdığı hüquqazidd əməllər olub: "Cinayətlərin 84 faizini böyük ictimai təhlükə törətməyən və az ağır növlər təşkil edib".

"Həyata keçirilən əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri ilə cinayətlərin 88,9 faizinin açılması təmin edilib. Ayrı-ayrı hüquqazidd əməllərin açılmasının nəticələri də yüksək olmaqla ağır və xüsusilə ağır cinayətlərin 82,9, qeyri-aşkar şəraitdə baş verənlərin 83,4, şəxsiyyət əleyhinə olanların 97,9, mülkiyyət əleyhinə olanların 79,9 faizi açılıb. Vətəndaşların iştirakı ilə açılan cinayətlərin sayı isə hesabat dövründə 39 faiz artaraq 7837 fakt təşkil edib", - nazir vurğulayıb.

Son xəbərlər

Orphus sistemi