“İkinci Qarabağ müharibəsi başa çatandan indiyədək mina və hərbi sursat partlayışları nəticəsində 46 nəfər həlak olub, 233 nəfər xəsarət alıb”.
“Report” xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev Baş Prokurorluğun 2022-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş kollegiya iclasında çıxışı zamanı deyib.
K.Əliyev bildirib ki, 2020-ci ilin noyabr ayından mina və hərbi sursat partlayışları nəticəsində 46 nəfər həlak olub, 233 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.