Ötən il bələdiyyələrin yol verdiyi nöqsanlarla bağlı inzibati nəzarət icraatı qaydasında aparılan araşdırmalar zamanı 27 halda (2020-ci ildə 23 hal olub) ciddi qanun pozuntuları aşkar edilib.
“Report” xəbər verir ki, bu, Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsində əksini tapıb.
Qeyd olunub ki, araşdırma zamanı toplanmış sənədlər hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə istintaq orqanlarına göndərilib: “Həmin materiallardan 15-i (2020-ci ildə 10 olub) üzrə cinayət işi başlanılıb, digərləri isə baxılmaqdadır”.