Ötən il Şirvan Apellyasiya Məhkəməsinin 126 iş üzrə mülki qərarı ləğv edilib

Ötən il Şirvan Apellyasiya Məhkəməsinin 126 iş üzrə mülki qərarı ləğv edilib Məhkəmə aktı ləğv edilən 126 işdən 9 iş (7.1 %) üzrə yeni qərar qəbul edilib
Hadisə
26 Fevral , 2021 16:09
Ötən il Şirvan Apellyasiya Məhkəməsinin 126 iş üzrə mülki qərarı ləğv edilib

2020-ci ildə Şirvan Apellyasiya Məhkəməsindən Ali Məhkəmənin Mülki Kollegiyasına daxil olmuş işlərdən 647 işə baxıllb.

“Report” xəbər verir ki, bu barədə Ali Məhkəmənin Mülki Kollegiyasının 2020-ci il üzrə fəaliyyətinə dair hesabatda məlumat verilib.

Bunlardan 506 iş (78.2 %) üzrə məhkəmə aktı dəyişdirilmədən saxlanılınş, 126 iş (19.7 %) üzrə məhkəmə aktı ləğv edilib, 10 iş (1.5 %) üzrə apellyasiya instansiyası məhkəməsinin qərardad və ya qətnaməsi dəyişdirilib, 5 iş (0.6 %) üzrə kassasiya icraatına xitam verilib.

Məhkəmə aktı ləğv edilən 126 işdən 9 iş (7.1 %) üzrə yeni qərar qəbul edilib, 109 iş (86.5%) üzrə məhkəmə aktı ləğv edilib yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilib, 7 iş (5.6 %) üzrə məhkəmə aktı ləğv edilərək, iş üzrə icraata xitam verilib, 1 iş (0.8 %) üzrə məhkəmə aktı ləğv edilərək, ərizə baxılmamış saxlanıb.

Son xəbərlər

Orphus sistemi