Ötən il yol hərəkəti qaydalarının pozulmasına görə 118,2 milyon manat cərimə tətbiq edilib

Ötən il yol hərəkəti qaydalarının pozulmasına görə 118,2 milyon manat cərimə tətbiq edilib 2020-ci ildə yol hərəkəti qaydaları əleyhinə aşkarlanmış inzibati xətaların sayı 3631,1 min olub
Hadisə
10 Fevral , 2021 12:12
Ötən il yol hərəkəti qaydalarının pozulmasına görə 118,2 milyon manat cərimə tətbiq edilib

2020-ci ildə yol hərəkəti qaydaları əleyhinə aşkarlanmış inzibati xətaların sayı 3631,1 min olub.

"Report" xəbər verir ki, xətaların 39,9 faizi yolda müəyyən edilmiş hərəkət sürəti həddinin aşılması, 21,7 faizi dayanma və ya durma qaydalarının pozulması, 9,2 faizi yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsi, 8,4 faizi svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsi, 6,5 faizi təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsinin idarə olunması, 3,6 faizi epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması, qalan hissəsi isə digər səbəblər üzrə aşkarlanıb.

Həmçinin bildirilib ki, qaydaların pozulmasına görə 118,2 milyon manat məbləğində cərimələr tətbiq edilib.

Son xəbərlər

Orphus sistemi