Pandemiya dövründə 3 000-ə yaxın məhkum vaxtından əvvəl azad olunub

Pandemiya dövründə 3 000-ə yaxın məhkum vaxtından əvvəl azad olunub "Pandemiya dövründə məhkumların və təqsirləndirilən şəxslərin həyat və sağlamlıqlarının qorunması ciddi nəzarətdə saxlanılıb".
Hadisə
23 Noyabr , 2020 12:30
Pandemiya dövründə 3 000-ə yaxın məhkum vaxtından əvvəl azad olunub

"Pandemiya dövründə məhkumların və təqsirləndirilən şəxslərin həyat və sağlamlıqlarının qorunması ciddi nəzarətdə saxlanılıb".

"Report" xəbər verir ki, bu barədə ədliyyə naziri Fikrət Məmmədov bildirib.

Nazirin sözlərinə görə, dövlət başçısının humanist siyasətinin təzahürü olaraq imzaladığı əfv Sərəncamı ilə virusa yoluxması daha riskli olan yaşı 65-dən yuxarı məhkumların əksəriyyəti azadlığa buraxılıb:

"2 300-ə yaxın məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad olunub və ya yüngül rejimli müəssisəyə keçirilib, 740 nəfər isə ev dustaqlığı və digər alternativ qətimkan tədbirlərinin tətbiqi nəticəsində həbsdən azad ediliblər.

Cəza siyasətinin humanistləşdirilməsi ilə bağlı yeni qanunvericiliyə əsasən 2 000-dən çox məhkum cəzadan tamamilə azad edilib, 3 200-dən artıq məhkumun cəza müddəti azaldılıb, habelə xarici dövlətlərdən olan bir çox məhkumlar karantin rejiminə əməl edilməklə öz ölkəsinə təhvil verilib", - F.Məmmədov qeyd edib.

Son xəbərlər

Orphus sistemi