Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un məlumatına görə, hadisə Nizami rayonunda qeydə alınıb.
Belə ki, iki avtomobilin toqquşması nəticəsində 1969-cu il təvəllüdlü Məmmədov İsrafil Mirzəağa oğlu xəsarət alıb.
Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona qarnın küt travması, qabırğaların sınığı diaqnozları qoyulub. Yaralı reanimasiya şöbəsinə yerləşdirilib.