Pedaqoji Universitet "Azərişığ"ı məhkəməyə verib

Pedaqoji Universitet "Azərişığ"ı məhkəməyə verib Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) "Azərişıq" ASC-ni məhkəməyə verib.
Hadisə
18 Avqust , 2021 15:00
Pedaqoji Universitet Azərişığı məhkəməyə verib

Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) "Azərişıq" ASC-ni məhkəməyə verib.

Bu barədə "Report"a məhkəmə orqanlarından məlumat verilib.

ADPU-dan "Report"un sorğusuna cavab olaraq məlumat təsdiqlənib. Qeyd edilib ki, iddianın qaldırılmasına səbəb elektrik enerjisinin sərfiyyatına görə ödənilən məbləğin səhv hesablanmasıdır.

İddiaya Bakı Kommersiya Məhkəməsində hakim Zaur Pirverdiyevin sədrliyi ilə baxılacaq.

Son xəbərlər

Orphus sistemi