Penitensiar xidmət və DİN əməliyyat keçirib, narkotik aşkarlanıb

Penitensiar xidmət və DİN əməliyyat keçirib, narkotik aşkarlanıb Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatının Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində Ağayev Qurban Fərhad oğluna məxsus ümumi çəkisi 2101,7 qram narkotik maddə tiryək Binəqədi ray
Hadisə
6 Noyabr , 2024 17:09
Penitensiar xidmət və DİN əməliyyat keçirib, narkotik aşkarlanıb

Ədliyyə Nazirliyinin Penitensiar xidməti və Daxili İşlər Nazirliyi (DİN) əməliyyat keçirib, narkotik aşkarlanıb.

Bu barədə "Report"a Penitensiar xidmətdən məlumat verilib.

Bildirilib ki, Penitensiar xidmətin əməliyyat aparatının Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində Ağayev Qurban Fərhad oğluna məxsus ümumi çəkisi 2101,7 qram narkotik maddə tiryək Binəqədi rayonu, 22-ci Dağlıq küçəsi ərazisində sahibsiz avtomobilin təkərinin içərisində gizlədilmiş 2 ədəd şüşə qabda aşkar edilərək götürülüb. Məlumata görə, faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi