“Planet Parni İz Baku LTD” karantin qaydalarını pozduğuna görə cərimələndi

“Planet Parni İz Baku LTD” karantin qaydalarını pozduğuna görə cərimələndi “Planet Parni İz Baku LTD" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində karantin qaydalarına nəzarət etmədiyinə görə inzibati protokol yazılıb.
Hadisə
11 Sentyabr , 2020 12:59
“Planet Parni İz Baku LTD” karantin qaydalarını pozduğuna görə cərimələndi

“Planet Parni İz Baku LTD” Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində karantin qaydalarına nəzarət etmədiyinə görə inzibati protokol yazılıb.

“Report”un xəbərinə görə, protokola Səbail  Rayon Məhkəməsində hakim Ülviyyə Şükürovanın sədrliyi ilə baxılacaq və müvafiq qərar veriləcək.

Protokol İnzibati Xətalar Məcəlləsinin 211.2-ci (Epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə) maddəsinə əsasən tərtib edilib.

Bu inzibati xətaya görə, hüquqi şəxslər 400 manat cərimə edilir.

ƏLAVƏ OLUNUB

“Planet Parni İz Baku LTD” Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbəri Rüstəm Eynullayevin “Report”a verdiyi məlumata görə, onun şirkətinin Tahir İmanovun bədii rəhbəri olduğu "Planet Parni iz Baku" KVN teatrına heç bir aidiyyatı yoxdur.

Onun sözlərinə görə, şirkəti ərzaq mağazası kimi fəaliyyət göstərir və adıçəkilən KVN teatrının ölkədə populyar olduğunu nəzərə alaraq MMC-ni “Planet Parni İz Baku LTD” adı ilə qeydiyyatdan keçirib.

Son xəbərlər

Orphus sistemi