Müvafiq icazə almadan qanunsuz sərnişindaşıma ilə məşğul olmağa cəhd edən sürücülərin sayı açıqlanıb.
Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildiirlib ki, dekabrın 29-da müvafiq icazə almadan qanunsuz sərnişindaşıma ilə məşğul olmağa cəhd edən 7 taksi sürücüsü aşkar edilərək inzibati qaydada həbs edilib.