Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un məlumatına görə, hadisə Lökbatan qəsəbəsində qeydə alınıb.
İki avtomobilin toqquşması nəticəsində Qənbərov Rafael Hümbət oğlu xəsarət alıb. Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qabırğaların sınığı diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.