Bakı şəhərinin Qaradağ rayonu, Sahil qəsəbəsi ərazisində sursat aşkarlanıb.
"Report" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.
Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatın döyüş tətbiqinə yararlı 1 ədəd RQD-5 əl qumbarası və 1 ədəd UZRQM partladıcısı olduğu müəyyən edilib.
Sursat XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.
Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.
![](https://static.report.az/photo/cec1ed35-9b08-316e-8084-4a1652aacb45_300.jpg)
![](https://static.report.az/photo/a3f0029e-8ff3-3b39-87af-5d65433ce0bb_300.jpg)
![](https://static.report.az/photo/50c9995d-05ec-35e1-8a33-b6396ec1b805_300.jpg)
![](https://static.report.az/photo/479687bf-77b3-386a-badb-927426c5fde7_300.jpg)