Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report" xəbər verir ki, hadisə Qaradağ rayonu Ümid qəsəbəsində qeydə alınıb.
Belə ki, 1958-ci il təvəllüdlü Məmmədov Vəli Məmməd oğlu idarə etdiyi avtomobili, yol kənarındakı maneəyə çırpıb.
Nəticədə avtomobildə olan digər iki sərnişin - 1974-cü il təvəllüdlü Abdullayev İlqar Rəhim oğlu və Ələkbərov Barış Oruc oğlu xəsarət alıblar.
Yaralılar təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıblar. Hər 3 şəxsə döş qəfəsinin və yumşaq toxumaların əzilməsi diaqnozları qoyulub.
Faktla bağlı araşdırma aparılır.
İlqar Abdullayev