Bakının Qaradağ rayonunda 20 yaşlı gənc yol qəzasında xəsarət alıb.
“Report”un məlumatına görə, hadisə Lökbatan qəsəbəsində qeydə alınıb.
Belə ki, 2004-cü il təvəllüdlü Balayev Səbuhi Bəhman oğlu yolu keçərkən avtomobil onu vurub.
Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb.
Fakt araşdırılır.