Qardaşını qətlə yetirməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır

Qardaşını qətlə yetirməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır Qardaşını qətlə yetirməktə təqsirləndirilən Elçin Camalovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Hadisə
2 İyul , 2021 10:11
Qardaşını qətlə yetirməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır

Qardaşını qətlə yetirməkdə təqsirləndirilən Elçin Camalovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

“Report” xəbər verir ki, iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş hakim Samir Əliyevin icraatındadır. Məhkəmənin vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, martın 18-də saat 23 radələrində Nəsimi rayon ərazisində 1968-ci il təvəllüdlü Camalov Etibar Feyzəmməd oğlunun üzərində xəsarət izləri olan meyitinin yaşadığı evdə aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Aparılmış ilkin araşdırmalarla zərərçəkmişin qardaşı, 1969-cu il təvəllüdlü Elçin Camalovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Etibar Camalova bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Nəsimi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

Elçin Camalov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Son xəbərlər

Orphus sistemi