Qaxda 70 yaşlı kişi itkin düşüb

Qaxda 70 yaşlı kişi itkin düşüb Qax rayonunda 70 yaşlı kişi itkin düşüb.
Hadisə
26 May , 2023 19:05
Qaxda 70 yaşlı kişi itkin düşüb

Qax rayonunda 70 yaşlı kişi itkin düşüb.

"Report" un Şimal-qərb bürosunun məlumatına görə, Qax şəhər sakini, 1953-cü il təvəllüdlü Davud Həsil oğlu Yusifovun itkin düşməsi barədə onun yaxınları Qax Rayon Polis Şöbəsinə məlumat veriblər.

Qeyd olunub ki, D.Yusifov dünən axşam saatlarında yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan "Report"un yerli bürosuna bildirilib ki, itkin düşən şəxslə bağlı yaxınları tərəfindən də rayon polis şöbəsinə müraciət edilib və tapılması istiqamətində axtarış tədbirləri keçirilir.

Son xəbərlər

Orphus sistemi