Qaxda arının sancdığı kişi ölüb

Qaxda arının sancdığı kişi ölüb Qaxın Qıpçaq kəndində 58 yaşlı kişi arı sancmasından ölüb.
Hadisə
23 Aprel , 2023 14:33
Qaxda arının sancdığı kişi ölüb

Qaxın Qıpçaq kəndində 58 yaşlı kişi arı sancmasından ölüb.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, Qax şəhər sakini 1965-ci il təvəllüdlü İsmayıl Mahmudovu qonaq getdiyi kənddə arı sancıb.

Əraziyə təcili tibbi yardım çağırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Halı pisləşən 58 yaşlı İ.Mahmudov dünyasını dəyişib.

Son xəbərlər

Orphus sistemi