Qaxda avtomobil traktorla toqquşub, ölən var 

Qaxda avtomobil traktorla toqquşub, ölən var  Noyabrın 1-i saat 05 radələrində Qax şəhəri ərazisində Səbuhi Poladovun idarə etdiyi “Niva” markalı avtomobil yolun kənarında dayanan traktorun qoşqusuna çırpılaraq aşıb.
Hadisə
1 Noyabr , 2023 09:38
Qaxda avtomobil traktorla toqquşub, ölən var 

Noyabrın 1-i saat 05 radələrində Qax şəhəri ərazisində Səbuhi Poladovun idarə etdiyi “Niva” markalı avtomobil yolun kənarında dayanan traktorun qoşqusuna çırpılaraq aşıb.

“Report”un Şimal-qərb bürosu xəbər verir ki, qəza nəticəsində “Niva” markalı avtomobildəki sərnişin, 1975-ci il təvəllüdlü, Qax şəhər sakini Qocayev Coşqun Oktay oğlu aldığı xəsarətlərdən hadisə yerində ölüb, sürücü isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı cinayət işi başlanılıb.

Son xəbərlər

Orphus sistemi