Qaxda karantin qaydalarını pozan şadlıq sarayının sahibi 4 min manat cərimələnib

Qaxda karantin qaydalarını pozan şadlıq sarayının sahibi 4 min manat cərimələnib Qaxda karantin qaydalarını pozan şadlıq sarayının sahibi 4 min manat cərimələnib
Hadisə
5 Avqust , 2021 11:25
Qaxda karantin qaydalarını pozan şadlıq sarayının sahibi 4 min manat cərimələnib
0 : 00
0 : 00

Qax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən monitorinqlər zamanı “Bəyaz Saray” şadlıq sarayında təşkil edilən toy mərasimində karantin qaydalarının pozulduğu aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan "Report"a verilən məlumata görə, yoxlama zamanı toy mərasimində iştirak edən qonaqların müəyyən edilən say həddindən, yəni 150 nəfərdən artıq olduğu, eləcə də bəzilərinin COVID-19 pasportu olmadığı məlum olub.

Aşkarlanmış qayda pozuntuları ilə bağlı obyektin sahibi Əfqan Nəzirov barəsində toplanmış materiallar məhkəməyə göndərilib və məhkəmənin də qərarı ilə o, 4000 manat cərimələnib.

Son xəbərlər

Orphus sistemi