Qaxda qadın sürücü piyadanı səkidə vurub 

Qaxda qadın sürücü piyadanı səkidə vurub  Qax rayonunda qadın sürücü idarə etdiyi avtomobillə 65 yaşlı piyadanı səkidə vurub.
Hadisə
14 Aprel , 2023 19:17
Qaxda qadın sürücü piyadanı səkidə vurub 

Qax rayonunda qadın sürücü idarə etdiyi avtomobillə 65 yaşlı piyadanı səkidə vurub.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə şəhərin Azərbaycan prospektində baş verib.

Belə ki, Sevinc Şıxəmirova idarə etdiyi "KİA" markalı avtomobillə hərəkətdə olarkən Qax şəhər sakini, 1958-ci il təvəllüdlü Nərminə Zeynal qızı Omarovanı vurub.

Yaralı Təcili Tibbi Yardım avtomobili ilə Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

65 yaşlı qadının vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi