Qəbələdə ağır yol qəzasında ölən və yaralananların adları məlum olub - YENİLƏNİB

Qəbələdə ağır yol qəzasında ölən və yaralananların adları məlum olub - YENİLƏNİB Qəbələdə avtomobil ağaca çırpılıb, 2 nəfər ölüb, 1 nəfər yaralanıb.
Hadisə
3 May , 2023 20:26
Qəbələdə ağır yol qəzasında ölən və yaralananların adları məlum olub - YENİLƏNİB

Qəbələdə ağır yol qəzasında ölən və yaralananların adları məlum olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan "Report"a verilən məlumata görə, Qəbələ rayonunun Nohurqışlaq kəndi ərazisində “Tofaş” markalı avtomobilin sürücüsü, polis nəfəri, 1992-ci il təvəllüdlü İlham Cabbarlının idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi yol kənarındakı ağaca çırpılıb. Nəticədə sürücü və 32 yaşlı sərnişin Hafiz Mahmudlu hadisə yerində vəfat edib. Digər sərnişin Elşad Əzizli isə xəstəxanaya yerləşdirilib. 

Faktla bağlı araşdırma aparılır.

19:57

Qəbələdə avtomobil ağaca çırpılıb, 2 nəfər ölüb, 1 nəfər yaralanıb.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun rayonun Vəndam qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "Tofaş" markalı minik avtomobili idarəetmədən çıxaraq ağaca çırpılıb. Nəticədə 2 nəfər ölüb, 1 nəfər xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.


Son xəbərlər

Orphus sistemi