Qəbələdə dağlıq ərazidə yanğının söndürülməsinə helikopter cəlb olunub

Qəbələdə dağlıq ərazidə yanğının söndürülməsinə helikopter cəlb olunub Qəbələ rayonu, Tikanlı kəndi yaxınlığında, mürəkkəb relyefli dağlıq ərazidə yanğın başlayıb.
Hadisə
11 Avqust , 2021 09:57
Qəbələdə dağlıq ərazidə yanğının söndürülməsinə helikopter cəlb olunub
0 : 00
0 : 00

Qəbələ rayonu, Tikanlı kəndi yaxınlığında, mürəkkəb relyefli dağlıq ərazidə baş vermiş yanğının söndürülməsi üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən tədbirlər davam etdirilir.

Nazirlikdən "Report"a verilən məlumata görə, yanğının söndürülməsini sürətləndirilmək məqsədilə FHN-in Aviasiya dəstəsinin helikopteri yanğınsöndürmə işlərinə cəlb olunub.

Əlavə məlumat veriləcək.

07.29

Qəbələ rayonu, Tikanlı kəndi yaxınlığında, mürəkkəb relyefli dağlıq ərazidə yanğın başlayıb.

"Report" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Mülki Müdafiə Qoşunlarının şəxsi heyəti yanğınsöndürmə işlərinə cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində operativ və təxirəsalınmaz tədbirlər davam etdirilir.

İlkin məlumata əsasən, təqribən 4 ha sahədə quru ot və kol-kos yanır.

Əlavə məlumat veriləcək.

Son xəbərlər

Orphus sistemi