Qəbələdə orta məktəb yanıb

Qəbələdə orta məktəb yanıb Qəbələ rayonunun Zarağan kəndində ümumi sahəsi 2300 m² (hər mərtəbəsi 1150 m²) olan ikimərtəbəli orta məktəb binasının 2-ci mərtəbəsində ümumi sahəsi 30 m² olan otağın yanar konstruksiyaları yanıb. Məktəb binasının qalan hissəsi yanğından mühafizə olunub.
Hadisə
26 İyul , 2024 14:50
Qəbələdə orta məktəb yanıb

Qəbələ rayonunun Zarağan kəndində orta məktəb yanıb.

Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, ümumi sahəsi 2300 m² (hər mərtəbəsi 1150 m²) olan ikimərtəbəli orta məktəb binasının 2-ci mərtəbəsində ümumi sahəsi 30 m² olan otağın yanar konstruksiyaları yanıb. Məktəb binasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Son xəbərlər

Orphus sistemi