Qəbələdə elektrik cərəyanı ustanı vuraraq öldürüb

Qəbələdə elektrik cərəyanı ustanı vuraraq öldürüb Qəbələ rayonunda bədbəxt hadisə baş verib
Hadisə
19 Aprel , 2021 21:32
Qəbələdə elektrik cərəyanı ustanı vuraraq öldürüb
0 : 00
0 : 00

Qəbələ rayonunda bədbəxt hadisə baş verib.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə rayon ərazisindəki elektrik yarımstansiyalarından birində qeydə alınıb.

Belə ki, yarımstansiyanın işçisi, 1959-cu il təvəllüdlü Nəsir Yusif oğlu Yusifov 3 saylı 10 kilovoltluq qapalı paylayıcı qurğuda işləyərkən dünyasını dəyişib. İlkin ehtimala görə, ustanın ölümünə elektrik cərəyanı vurması səbəb olub.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi