“Qeydiyyat şöbələrində təntənəli nikahların qeydiyyata alınması ilə bağlı şərait yaradılıb və təntənəli nikah otaqları var”.
“Report” xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin təşkil etdiyi canlı müzakirə zamanı 1 saylı “ASAN xidmət” mərkəzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsinin rəisi Rəşidə Mənəfova deyib.
Onun sözlərinə görə, arzu edən şəxslərin nikahı həmin otaqlarda qeydə alınaraq rəsmiləşdirilir: “Ancaq gələn şəxslərin sayına məhdudiyyət var. Eyni zamanda, iştirakçılar bu vacib günlə bağlı xatirə şəkli çəkdirə bilirlər”.