“Qırmızı kitab”a düşən ağacları kəsən şəxsə cinayət işi açılıb

“Qırmızı kitab”a düşən ağacları kəsən şəxsə cinayət işi açılıb “Qırmızı kitab”a düşmüş ağacları kəsən şəxs barəsində cinayət işi başlanılıb.
Hadisə
2 Dekabr , 2021 10:35
“Qırmızı kitab”a düşən ağacları kəsən şəxsə cinayət işi açılıb
0 : 00
0 : 00

“Qırmızı kitab”a düşən ağacları kəsən şəxs barəsində cinayət işi başlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan "Report"a verilən məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları xidməti ərazidə olarkən şəhərin mərkəzi hissəsindəki İ.Səmədzadə küçəsində yol kənarında yaş vəziyyətdə kökü üstündə olan 3 ədəd dəmirağacın qanunsuz olaraq kəsildiyini aşkar ediblər.

Aparılan araşdırmalarla həmin ağacların şəhər sakini E.Qədirov tərəfindən kəsildiyi müəyyən edilib. Həmin şəxs barəsində Lənkəran Şəhər Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 259-cu (qanunsuz ağac kəsmə) maddəsi ilə cinayət işi başlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi