“Qırmızı Körpü”də gömrük əməkdaşı bıçaqlanıb

“Qırmızı Körpü”də gömrük əməkdaşı bıçaqlanıb İyunun 30-da Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin “Qırmızı Körpü” gömrük postunun əməkdaşına qarşı zor tətbiq olunması ilə bağlı rayon prokurorluğuna məlumat daxil olmuşdur.
Hadisə
2 İyul , 2021 17:56
 “Qırmızı Körpü”də gömrük əməkdaşı bıçaqlanıb

İyunun 30-da Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin (DGK) “Qırmızı Körpü” gömrük postunun əməkdaşına qarşı zor tətbiq olunması ilə bağlı rayon Prokurorluğuna məlumat daxil olub.

Bu barədə "Report"a Qazax Rayon Prokurorluğundan məlumat verilib.

Araşdırmalarla müəyyən edilib ki, rayon sakini Nicat Abdullayev iyunun 30-da saat 19 radələrində idarə etdiyi “Renault” markalı yük avtomobili ilə Gürcüstandan Azərbaycan Respublikasına gələrkən DGK-nin “Qırmızı Körpü” gömrük postunda xidməti vəzifələrini icra edən “Azərterminal Kompleks Birliyi”nin inspektoru Murad Məmmədovun avtomobilin yoxlanışına dair tələbinə etiraz edərək mübahisə edib, daha sonra növbəti gün mübahisəni davam etdirərək üzərində gəzdirdiyi bıçaqla Murad Məmmədovu vurmaq istəyərkən onun qarşısını alan digər gömrük əməkdaşı Ramil Qocayevə bıçaqla xəsarət yetirərək müqavimət göstərib.

Faktla bağlı Qazax Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə cinayət işi başlanıb.

Nicat Abdullayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Cinayət işi üzrə istintaq davam edir.

Son xəbərlər

Orphus sistemi