Biləsuvarda ov silahı ilə vurulan şəxs Bakıya xəstəxanaya gətirilib - YENİLƏNİB

Biləsuvarda ov silahı ilə vurulan şəxs Bakıya xəstəxanaya gətirilib - YENİLƏNİB İyulun 6-da saat 18:30 radələrində Biləsuvar rayonu ərazisində 1989-cu il təvəllüdlü Elçin Əmənovun idarə etdiyi "Mercedes" markalı avtomobildə ov silahından açılan atəş nəticəsində sağ əlindən xəsarət alması barədə polisə məlumat daxil olub.
Hadisə
7 İyul , 2024 15:13
Biləsuvarda ov silahı ilə vurulan şəxs Bakıya xəstəxanaya gətirilib - YENİLƏNİB

Ötən gün axşam saatlarında Biləsuvarda ov silahından açılan atəş nəticəsində sağ əlindən xəsarət alan şəxs Bakıya xəstəxanaya gətirilib.

"Report"un Muğan bürosunun məlumatına görə, 1989-cu il təvəllüdlü Elçin Əmənov bundan əvvəl Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilmişdi.

Qeyd edək ki, iyulun 6-da saat 18:30 radələrində Biləsuvar rayonu ərazisində 1989-cu il təvəllüdlü Elçin Əmənov idarə etdiyi "Mercedes" markalı avtomobildə ov silahından açılan atəş nəticəsində sağ əlindən xəsarət alıb.

Cinayət əməlini törətməkdə şübhəli bilinən 1995-ci il təvəllüdlü, qohumu Emin Kərimli polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq istintaqa təhvil verilib. Onun cinayətdə istifadə etdiyi ov tüfəngi aşkarlanaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

12:22

İyulun 6-da saat 18:30 radələrində Biləsuvar rayonu ərazisində 1989-cu il təvəllüdlü Elçin Əmənovun idarə etdiyi "Mercedes" markalı avtomobildə ov silahından açılan atəş nəticəsində sağ əlindən xəsarət alması barədə polisə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan "Report"un Muğan bürosuna bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 1995-ci il təvəllüdlü, qohumu Emin Kərimli polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq istintaqa təhvil verilib.

Onun cinayətdə istifadə etdiyi ov tüfəngi aşkarlanaraq maddi sübut kimi götürülüb. Hadisə şəxsi münasibətlər zəminində baş verib.

Araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi