Qubanın 21 yaşlı sakini intihar edib  

Qubanın 21 yaşlı sakini intihar edib   Quba sakini Xaçmazda intihar edib.
Hadisə
13 Fevral , 2022 07:44
Qubanın 21 yaşlı sakini intihar edib  

Quba sakini Xaçmazda intihar edib.

"Report"un Şimal bürosunun məlumatına görə, hadisə Xaçmaz rayonunda qeydə alınıb.

Belə ki, Quba rayonu Çiçi kənd sakini 2001-ci il təvəllüdlü Orxan Hacıbaba oğlu Hacıyev əmisinin Xaçmazdakı evində özünü asıb. Onun meyiti müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə təhvil verilib.

İntiharın səbəbi hələ məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi