Quba rayonunda 46 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb.
"Report"un Şimal bürosunun verdiyi məlumata görə, hadisə rayonun Püstəqasım kəndində qeydə alınıb.
Belə ki, həmin kəndin sakini, 1975-ci il təvəllüdlü Mahir Mustafaqulu oğlu Turabov həyətyanı sahəsindəki su mühərrikini təmir etmək istəyib. Bu zaman onu elektrik cərəyanı vurub.
Hadisə yerinə Quba Rayon Prokurorluğunun və rayon polis şöbəsinin əməkdaşları gələrək zəruri istintaq-əməliyyat tədbirləri həyata keçiriblər.
Faktla bağlı araşdırma aparılır.