Qubada avtomobillər toqquşub, xəsarət alanlar var

Qubada avtomobillər toqquşub, xəsarət alanlar var Qubada 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
Hadisə
17 May , 2021 09:13
Qubada avtomobillər toqquşub, xəsarət alanlar var

Qubada 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Şimal bürosunun verdiyi məlumata görə, hadisə gecə saatlarında Quba şəhəri, Heydər Əliyev prospektində qeydə alınıb.

Belə ki, "Hyundai" və "VAZ-2107" markalı avtomobillər toqquşub. Nəticədə 42 yaşlı Qubatov Vüqar Qadir oğlu, 22 yaşlı Süleymanov Həzrət Tərlan oğlu və hələlik şəxsiyyəti məlum olmayan daha bir nəfər ağır bədən xəsarətləri alıb.

Yaralılar Quba Müalicə və Diaqnostika Mərkəzinə yerləşdiriliblər. V.Qubatovun vəziyyəti ağır, digər yaralıların vəziyyəti isə orta ağır olaraq qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi