Qubada xəsarətlə nəticələnən yol qəzası baş verib.
"Report"un məlumatına görə, hadisə Quba rayonunda qeydə alınıb.
İki avtomobilin toqquşması nəticəsində 1995-ci il təvəllüdlü Babayev Tərlan Güloğlan oğlu ağır bədən xəsarətləri alıb. Yaralı əvvəlcə rayon mərkəzi xəstəxanasına çatdırılıb, lakin vəziyyəti ağır olduğundan Bakıda yerləşən xəstəxanaların birinə göndərilib. Müayinə zamanı ona qapalı kəllə-beyin travması və hər iki ayağın sınığı diaqnozları qoyulub.
Hadisənin təfərrüatı araşdırılır.