Qubada yük və minik avtomobilləri toqquşub, ölənlər və yaralananlar var

Qubada yük və minik avtomobilləri toqquşub, ölənlər və yaralananlar var Qubada ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
2 Avqust , 2021 00:35
Qubada yük və minik avtomobilləri toqquşub, ölənlər və yaralananlar var

Qubada ölümlə və xəsarətlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Şimal bürosunun verdiyi məlumata görə, hadisə Quba-Qonaqkənd yolunda qeydə alınıb.

“VAZ-2106” minik avtomobili ilə “Qazel” markalı yük avtomobilinin toqquşması nəticəsində 2 nəfər ölüb, daha 3 nəfər xəsarət alıb.

Hadisə yerinə polis, Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları və həkim briqadası cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi