Qusarda sosial şəbəkə üçün video çəkən sürücü qəza törədərək ölüb

Qusarda sosial şəbəkə üçün video çəkən sürücü qəza törədərək ölüb Qusarda yük maşını minik avtomobili ilə toqquşub, minik avtomobilinin sürücüsü hadisə yerində ölüb. "Report"un Şimal bürosunun məlumatına görə, Qusar rayonunun Əcəxuroba kəndi ərazisində "Tiktok" platforması üçün video çəkən rayon sakini 1995-ci il tə
Hadisə
20 İyul , 2024 13:08
Qusarda sosial şəbəkə üçün video çəkən sürücü qəza törədərək ölüb

Qusar rayonunda bir nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Şimal bürosunun məlumatına görə, Qusar rayonunun Əcəxuroba kəndi ərazisində "TikTok" sosial şəbəkəsi üçün video çəkən rayon sakini, 1995-ci il təvəllüdlü Albert Xaspoladov ağır qəza törədib.

O, video çəkərkən "VAZ 2107" markalı minik avtomobili ilə qəfil əks zolağa manevr edərək 1997-ci il təvəllüdlü Pərviz Eyvazovun idarə etdiyi "Ford" markalı yük avtomobili ilə toqquşub.

Nəticədə A.Xaspoladov aldığı ağır bədən xəsarətlərindən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi