Qusarda ağır yol qəzası olub, ölən və yaralanan var

Qusarda ağır yol qəzası olub, ölən və yaralanan var Qusar rayonunda avtomobil qəzası baş verib.
Hadisə
20 Noyabr , 2022 20:23
Qusarda ağır yol qəzası olub, ölən və yaralanan var

Qusar rayonunda avtomobil qəzası baş verib.

“Report”un Şimal bürosunun məlumatına görə, rayonun Əvəcuq kəndində "VAZ-2107" və "Hyundai Tucson" markalı minik avtomobilləri toqquşub.

Qəza nəticəsində 1 nəfər - 1993-cü il təvəllüdlü Kamil Tofik oğlu Ədilxanov ölüb.

Eyni zamanda rayon sakini - 1995-ci il təvəllüdlü Tural Tərlan oğlu Hüseynov müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralı Qusar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

K.Ədilxanovun meyiti müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Qusar rayon şöbəsinə təhvil verilib.

Hadisə ilə bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi